Çin növbəti kosmik missiyasını orbitə göndərməyə hazırlaşır
Dünya
05.10.2024 15:25
Çin özünün kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlar qrupunu - “Şencou-19” (Shenzhou-18) missiyasını kosmosa göndərməyə hazırlaşır.
TodayPress Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-19” missiyasına oktyabrın son günlərində start veriləcək.
“Şencou-19” missiyası apreldən kosmik stansiyada fəaliyyət göstərən “Şencou-18”un astronavtlarını əvəzləyəcək. Bu, Çinin orbitə göndərdiyi 14-cü pilotlu missiyası olacaq. “Şencou-19”un astronavtları da kosmik stansiyada təxminən 6 ay qalacaqlar.
tag: Çin ,Stansiya, Kosmik ,Kosmos ,Şencou-19 ,Orbit ,todaypress.az,