Çin Myanmaya 12-ci yardım paketini təqdim etdi

Dünya

08.05.2025 11:30

8

Çinin Myanmaya göndərdiyi 12-ci təcili humanitar yardım paketi mayın 7-də Yanqon şəhərində yerli hakimiyyətə təhvil verilib. Yardımın tərkibində 17 min ton benzin də olub.   

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.   

Yanqon regionunun rəhbəri U Soe Thein yardımı rəsmi şəkildə qəbul edib. 

Qeyd edək ki, martın 28-də Myanmada baş vermiş 7,9 bal gücündə zəlzələ nəticəsində rəsmi məlumatlara əsasən 3 800 nəfər həyatını itirib, 5 100-dən çox insan isə xəsarət alıb.

Təxminən 100 nəfərin taleyi isə hələ də naməlum qalır. 

Qiymət Mahir

tag: Çin,Myanma,Yardım,Paket,Todaypress.az,