Çin Livana güclü dəstək vəd edir

Dünya

24.09.2024 09:35

Çin Livanı ölkənin suverenliyini və təhlükəsizliyini qorumaqda qətiyyətlə dəstəkləyir. 

TodayPress “RİA”ya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi BMT Baş Assambleyası çərçivəsində Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bu Həbiblə görüşündə deyib. 

Vanq Yinin sözlərinə görə, Pekin ərəb ölkələri, o cümlədən Livanla münasibətdə ədaləti dəstəkləmək siyasətinə sadiq qalmaq niyyətindədir.

O qeyd edib ki, Çin peycerlərin və digər rabitə vasitələrinin partlayışlarından sonra regionda vəziyyətin inkişafını diqqətlə izləyir və Pekin mülki şəxslərə hücumlara qarşıdır.

Günəş Mərd

tag: Çin, Livan ,Dəstək ,Pekin, BMT ,todaypress.az,