Çin lideri Trampla telefon danışığı apardı
Dünya
17.01.2025 19:50
Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla telefon danışığı aparıb.
TodayPress xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" platformasındakı paylaşımında bildirib.
“Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışdım. Bu zəng həm Çin, həm də ABŞ üçün çox yaxşı oldu. Ümid edirəm ki, bir çox problemləri birlikdə və dərhal həll edəcəyik. Ticarət, Fentanyl, TikTok və bir çox başqa mövzuları balanslaşdırılmış şəkildə müzakirə etdik” Tramp paylaşımında qeyd edib.
tag: Çin,Tramp,ABŞ,Zəng,Todaypress.az,