Çin lideri Rusiyaya səfər edəcək
Dünya
27.12.2024 09:30
2025-ci ildə Çin prezidenti Si Cinpinin Rusiyaya səfəri gözlənilir.
TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat verib.
Qeyd olunub ki, artıq müvafiq səfər planı fəal şəkildə hazırlanır.
Si Cinpinin Rusiyaya səfərindən sonra Çində hökumət başçılarının 30-cu növbəti iclası və parlamentlərarası komissiyanın 11-ci iclası keçiriləcək.
Bu yaxınlarda Çin lideri bildirmişdi ki, Çin və Rusiya arasında diplomatik əlaqələrin qurulmasından keçən 75 il ərzində əlaqələr böyük qonşu dövlətlər arasında uğurlu əməkdaşlığın nümunəsinə çevrilib.
Günəş Mərd
tag: Çin, Rusiya, Səfər,Prezident, todaypress.az,