Çin Kubanın hərəkətlərindən məyus oldu
Dünya
14.10.2024 11:06
Çin rəsmiləri Kubanın bazar islahatları və iqtisadi tənzimləməni həyata keçirmək istəməməsindən məyusdur, çünki bu, sosializmdən imtina demək olardı.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Çin Kubanın “milli şərtlərinə uyğun olaraq” öz iqtisadi inkişaf yolunu seçmək hüququnu açıq şəkildə dəstəkləyir, lakin Çin rəsmiləri Kuba rəhbərliyinin bazar islahatı proqramını qəti şəkildə həyata keçirmək istəməməsindən məyus olublar” deyə materialda qeyd olunub.
Müəlliflər onu da vurğulayırlar ki, bu tendensiyalar həm də iki ölkə arasında münasibətlərdə irəliləyişin olmamasından xəbər verir. Pekin və Havananın siyasi cəhətdən bir-birini dəstəkləməsinə baxmayaraq, Kuba Çin korporasiyaları üçün az maraq doğurur. Buna görə də iqtisadi əlaqələr durğunlaşır.
Töhfə Səməd
tag: Çin, Kuba ,Pekin ,Havana ,İslahatlar ,todaypress.az,