Çin kommersiya raketi buraxıldıqdan sonra partladı
Dünya
27.12.2024 11:12
Çinin "Kinetica-1" (Lijian-1 Y6) kommersiya daşıyıcısının sınaqları uğursuz alınıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə “CAS Space” tərtibatçı şirkəti məlumat yayıb.
Şirkət bildirib ki, raket dekabrın 27-də "Dongfeng" kommersiya kosmik innovasiya pilot zonasında buraxılıb.
Mühərrikdə üç saniyə sonra nasazlıq baş verib. Bundan sonra təhlükəsizlik sistemi işə salınıb və bu, “Kinetica-1”in özünü məhv etməsinə səbəb olub.
“CAS Space” rəhbərliyi tərəfdaşlarından üzr istəyib və gələcəkdə uğurlu buraxılışlar üçün araşdırma aparmağa və mümkün olan hər şeyi edəcəyinə söz verib.
Günəş Mərd
tag: Çin, Reket, Partlayış, Təhlükəsizlik, todaypress.az,