Çin Kanadaya qarşı iddia qaldıracaq
Dünya
06.09.2024 16:32
Çin Ümumdünya Ticarət Təşkilatında (ÜTT) Kanadaya qarşı iddia qaldırmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Buna səbəb isə Ottavanın Çinin elektromobilləri, polad və alüminiumuna tətbiq etdiyi 100 faizlik tariflərə qarşı çıxmaqdır.
Qeyd olunub ki, Çin üçüncü dəfədir ki, ticarət tərəfdaşlarından ÜTT-yə şikayət edir. Asiya ölkəsi bun aqədər 2024-cü ilin martında ABŞ-yə, avqustda isə Avropa İttifaqına qarşı iddia qaldırıb.
Töhfə Səməd
tag: Çin, Kanada, Ottava, Asiya, ABŞ, todaypress.az,