Çin iqtisadiyyatının gələcəyi qiymətləndirildi
Dünya
28.12.2024 11:53
Önümüzdəki illərdə Çinin ümumi daxili məhsulu (ÜDM) sabit şəkildə artacaq.
TodayPress xəbər verir ki, bu proqnozu "China Daily" nəşri dərc edib.
Bu cür proqnozların əsasını Çin iqtisadiyyatının yüksək sabitliyi, habelə hökumətin onu dəstəkləməyə və daxili tələbi stimullaşdırmağa yönəlmiş siyasəti təşkil edir. Pekin Sosial Elmlər Akademiyasının elmi işçisinin müavini Vanq Penqin sözlərinə görə, digər amil hazırda "yaşıl transformasiya" proseslərindən keçən enerji sektorunun inkişafı olacaq. Vanq əmindir ki, son iqtisadi siyahıyaalmanın nəticələri göstərdi ki, ölkə yüksək texnologiyalar sektorunun sürətli inkişafı ilə müşayiət olunan struktur optimallaşdırma dövrünü yaşayır.
Öz növbəsində, "China Everbright"ın analitiki Çjou Mohua diqqəti Çin hakimiyyətinin sənayedə avadanlıqların geniş miqyasda dəyişdirilməsinə, büdcə xərclərinin genişləndirilməsinə və daxili daşınmaz əmlak bazarının sabitləşməsinə yönəlmiş bir sıra tədbirlər gördüyünə yönəldib. Bu addımların daxili istehlak və investisiya tələbinin daha da artmasına, qiymətlərin bərpasına və korporativ mənfəətin artmasına gətirib çıxaracağı gözlənilir.
Töhfə Səməd
tag: Çin, İqtisadiyyat, Sənaye, Mənfəət, todaypress.az,