Çin iki eksperimental peyk buraxdı

Dünya

27.11.2024 13:27

İki eksperimental kosmik gəmi Pekin vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 06:00) buraxılıb. 

TodayPress xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, uçuş Çinin Şimal-Qərbindəki kommersiya buraxılış yerindən baş tutub.

Bildirilib ki, burada qurğuları işə salmaq üçün dəyişdirilmiş "ZQ-2 Y-1" reaktiv daşıyıcısından istifadə edilib.

Qurğu "Lanjian Hangtian" (Mavi Ox Aerokosmiki) tərəfindən hazırlanıb. Şirkət yaxın iki il ərzində "ZQ-1" və "ZQ-2" daşıyıcı raketlərini stabil istismar və kommersiya məqsədli buraxılış mərhələsinə gətirməyi planlaşdırır.

Töhfə Səməd

tag: Çin, Pekin, Kosmik Gəmi, ZQ-2 Y-1,Qərb, todaypress.az,