Çin Hindistanın Pakistana qarşı əməliyyatından narahatdır
Çin Hindistanın Pakistana qarşı başlatdığı hərbi əməliyyatdan təəssüfləndiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilir ki, Hindistan və Pakistan razılaşa bilməyən qonşulardır və hər ikisi də Çinin yaxın qonşularıdır. Bu səbəbdən Çin bu cür gərginliklərdən narahatdır.
Qeyd edək ki, mayın 7-nə keçən gecə Hindistan "Sindoor" adlı hərbi əməliyyata başlayıb. Əməliyyat Pakistanın ərazisində yerləşən və Hindistanın "terrorçu infrastrukturu" adlandırdığı hədəflərə qarşı həyata keçirilib.
Pakistan ordusu isə cavab əməliyyatına başladığını açıqlayıb.
Xatırladaq ki, gərginlik aprelin 22-də Cammu və Kəşmirdə bir qrup silahlının turistlərə atəş açması və bir neçə nəfəri öldürməsi ilə daha da artmışdı.
Türkan İsgəndərli
tag: Çin,Hindistan,Pakistan,Hücum,todaypress.az,