Çin Hindistan və Pakistan arasında əldə olunan atəşkəsi alqışlayır
Çin Xarici İşlər Nazirliyi Hindistan və Pakistan arasında əldə olunan atəşkəsi alqışlayaraq, 2 ölkənin sülh və sabitlik istiqamətində atdığı addımı dəstəklədiyini bəyan edib.
TodayPress xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Lin Jian gündəlik mətbuat brifinqində danışıb.
Lin Jian bildirib ki, Hindistan və Pakistanın mayın 10-da atəşkəsə razılaşması və mayın 12-də növbəti danışıqlara hazırlaşması beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır.
“Çin ümid edir ki, tərəflər atəşkəs rejimini möhkəmləndirib genişləndirəcək, fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə düzgün həll edəcək” deyə nazirliyin sözçüsü vurğulayıb.
Aysel Mətləb
tag: Çin,Pakistan,Hindistan,Atəşkəs,Todaypress.az,