Çin Hindistan-Pakistan gərginliyi fonunda çağırış etdi
Çin xarici işlər naziri Van İ Hindistanın milli təhlükəsizlik müşaviri Acit Doval və Pakistanın xarici işlər naziri İshaq Darla telefon danışığı aparıb.
TodayPress xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Van İ bildirib ki, Çin tərəflərin təmkin nümayiş etdirməsini, fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etməsini və vəziyyətin gərginləşməsindən çəkinmələrini gözləyir. O vurğulayıb ki, Asiyada sülh və sabitlik böyük zəhmətlə əldə olunub və onu qorumaq vacibdir.
Qiymət Mahir
tag: Çin,Çin XİN,Van İ,Hinditan,Pakistan,todaypress.az,