Çin hərbi hissələri Tayvana yaxınlaşır

Dünya

13.01.2025 09:55

Tayvan Silahlı Qüvvələri adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 6 təyyarəsi və 6 gəmisini aşkar edib. 

TodayPress xəbər verir ki, bu bəyanat Tayvan Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində yerləşdirilib.

“Təyyarələr və gəmilər bu gün saat 06:00-dan əvvəl aşkarlanıb. Dörd təyyarə meridian xəttini keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub. Vəziyyəti izlədik və müvafiq reaksiya verdik” Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Töhfə Səməd

tag: Çin, Tayvan ,Hərbi ,Müdafiə, todaypress.az,