Çin demoqrafik böhranla üzləşə bilər

Dünya

12.12.2024 09:53

Çin 2035-ci ilə qədər demoqrafik böhranla üzləşə bilər.

TodayPress xəbər verir,  bu barədə "The Wall Street Journal"da (WSJ) məqalə dərc olunub. 

Məqalədə Fuşun şəhərində gənclərin çatışmazlığına və yaşlı əhalinin sayının artmasına diqqət çəkilib. 

Qeyd olunub ki, Çində əhalinin sayı 2022-ci ildə azalmağa başlayıb və doğum səviyyəsi bir neçə ildir ki, aşağı düşür.

Məqalədə Fuşunun böyük sənaye mərkəzi olduğu bildirilir. Ekspertlər hesab edir ki, vəziyyətə “bir ailə, bir uşaq” siyasəti də təsir edib. 

Günəş Mərd

tag: Çin ,Ekspert, Məqalə, Böhran ,todaypress.az,