Çin bəzi avtomobillərin Rusiyaya idxalına qadağa qoydu

Dünya

16.09.2024 19:08

1863

Çinin “Voyah” avtomobil markası öz məhsullarının qeyri-rəsmi kanallar vasitəsilə xaricə, o cümlədən Rusiyaya ixracına qadağa qoyub. 

TodayPress xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Qayda həm yeni, həm də işlənmiş avtomobillərə aiddir. Bildirilib ki, avtomobil markasına məxsus maşınlar hətta sərgilərdə iştirak etmək üçün belə Çindən kənara göndərilə bilməz. Direktivi pozan əməllər sübuta yetirilərsə, hər avtomobil üçün 100 min yuan (14 min ABŞ dollarından çox) cərimələnəcək. Əgər satış və ixracı dilerin özünün təşkil etdiyi məlum olarsa, onunla əməkdaşlığa dərhal xitam veriləcək.

Milli Avtomobil İttifaqının vitse-prezidenti Anton Şaparin qeyd edib ki, çinlilərin öz bazarının texniki xüsusiyyətlərinə malik avtomobillərinin xaricə getməsi xoşuna gəlmir, ona görə də çox güman ki, bütün digər markalar da bunu etməyə başlayacaq.

Töhfə Səməd

tag: Çin, Avtomobillər ,İttifaq ,Anton Şaparin ,Markalar ,todaypress.az,