Çin avtomobil istehsalçısı uçan avtomobilini təqdim etdi

Dünya

19.10.2024 07:11

2506

“Chery” avtomobil şirkəti uçan avtomobili təqdim edib.

 

TodayPress bu barədə Çinin Chery avtomobil şirkəti Chery 2024 Qlobal İnnovasiya Konfransı çərçivəsində keçirilən konfransa istinadən  bildirir.

 

Yeni məhsul Quru və Hava Nəqliyyatı adlanıb.

 

Təqdimat zamanı modelin ilk uğurlu uçuş sınaqları həyata keçirilib.

 

Məlumata görə, ilk uçuşun müddəti 80 kilometr olub.

 

Şirkət qeyd edir ki, iki nəfərlik avtomobil şaquli qalxma və enmə funksiyalarını yerinə yetirə bilir. Uçuşunun maksimal hündürlüyü bir kilometr, maksimal müddəti isə 40 dəqiqədir. Havada avtomobil saatda 120 kilometrə qədər sürətlənə bilir.

 

Modelin kütləvi istehsalına başlama vaxtı hələlik məlum deyil.

 

Aynur TAC

tag: Çin, Uçan Avtomobil, Pekin, Chery, Avtomobil, todaypress.az,