Çin Avropa Parlamentinin deputatlarına qarşı sanksiyaları ləğv etdi

Dünya

30.04.2025 21:10

20

Avropa Parlamentinin sədri Roberta Metsola Çin hakimiyyətinin Avropa Parlamentinin deputatları və onların ailələrinə qarşı sanksiyaları ləğv etmək qərarı barədə fraksiya rəhbərlərini məlumatlandırıb.

TodayPress xəbər verir ki, bu barədə Avropa Parlamentinin bəyanatında deyilir.

Qeyd edilib ki, bununla da Aİ və Çin arasında parlament dialoqunun bərpasına zəmin yaradılıb.

tag: Çin, AVropa , Parlament, Bəyanat, Sanksiya, todaypress.az,