Çin Ağ Evi hədələdi

Dünya

14.09.2024 17:40

881

Çin ABŞ-dən ölkəsində istehsal olunan mallara görə əlavə rüsumların tətbiq edilməsindən imtina etməyi tələb edir. 

TodayPress xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

Bəyanatda deyilir: 

“ABŞ tərəfi dərhal yanlış yanaşmasını düzəltməli və Çinə qarşı bütün artırılmış tarifləri ləğv etməlidir”.

Ticarət Nazirliyi xatırladıb ki, Pekin Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozan və vəziyyəti daha da pisləşdirən əlavə rüsumlarla bağlı dəfələrlə Vaşinqtona təqdimat verib. Qeyd edildiyi kimi, ABŞ-nin bu cür hərəkətləri proteksionizmdir, beynəlxalq ticarət nizamını, qlobal təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini ciddi şəkildə pozur.

"Ağ Evin tətbiq etdiyi əlavə rüsumların cəzasını amerikalı iş adamları və istehlakçıları ödəyəcək. Çin lazımi tədbirləri görəcək və milli şirkətlərin maraqlarını qətiyyətlə qoruyacaq".

Töhfə Səməd

tag: ABŞ, Pekin ,Ağ Ev, Çin, Rüsumlar ,todaypress.az,