Çin Afrika üçün vəsait ayıracaq
Dünya
05.09.2024 12:57
“Çin qarşıdakı 3 il ərzində Afrika üçün 50 milyard ABŞ dollarından çox maliyyə vəsaiti ayıracaq”.
TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin məlumat yayıb.
O, Pekində keçirilən Çin-Afrika Əməkdaşlıq Forumunun (FOCAC) 2024-cü il Zirvə Toplantısında çıxış edərkən bildirib ki, bütün üzv ölkələrlə əlaqələr strateji səviyyəyə yüksəldiləcək.
Xatırladaq ki, Çin-Afrika forumunda 50-dən çox Afrika lideri ilə yanaşı, BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edir.
Töhfə Səməd
tag: Çin, Afrika, Si Cinpin, Zirvə Toplantısı, BMT ,Antonio Qutterreş, todaypress.az,