Çin Afrika ölkələrinə kredit verməsini artırdı

Dünya

30.08.2024 04:45

Çin 2016-cı ildən bəri ilk dəfə Afrika ölkələrinə kredit verməsini artırıb.

TodayPress xəbər verir ki, bu barədə “Kommersant” Boston Universitetinin Qlobal İnkişaf Siyasəti Mərkəzinin hesabatına istinadən yazıb.

Məlumata görə, ötən il Çin maliyyə qurumları, bankları, dövlət təşkilatları və şirkətləri 2016-cı ildən bəri ilk dəfə olaraq Afrika ölkələrinə verdiyi kreditlərin məbləğini artırıb.

2023-cü ildə ümumi rəqəm kəskin artaraq 4,61 milyard dollar təşkil edib ki, bu da Çinin 2022-ci ildə Afrikaya verdiyindən üç dəfə çoxdur.

Həmçinin bildirilib ki, 23 il ərzində Çin qitə ölkələrinə kreditlər üçün 182,3 milyard dollar xərcləyib, lakin son illərdə kreditləşmənin sürəti yavaşlayıb və çinlilər özləri də özəl sektora deyil, sərmayə qoymağa üstünlük verərək, taktikalarını dəyişiblər.

Aynur TAC

tag: Çin, Afrika,Maliyyə,Bank, Sərmayə,todaypress.az,