Çin Afrika ölkələri ilə əməkdaşlığa hazırdır
Dünya
02.09.2024 11:39
“Çin inkişaf etməkdə olan ölkələrin maraqlarını qorumaq üçün Afrika ölkələri ilə işləməyə hazırdır”.
TodayPress xəbər verir ki, bunu Çin prezidenti Si Çzinpin Pekində Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi ilə görüşü zamanı deyib.
“Çin Konqo Demokratik Respublikası ilə birlikdə strateji qarşılıqlı etimadı gücləndirmək, qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək, Çin-Afrika əməkdaşlığını birgə inkişaf etdirmək və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını birgə qorumaq üçün tarixi fürsətdən istifadə etməyə hazırdır” deyə o bildirib.
Günəş Mərd