Çin ABŞ-yə səsləndi: “Böhtan atmağı və yalan danışmağı dayandır”

Dünya

26.07.2024 17:35

“Amerika Birləşmiş Ştatları çoxdan yalanlar imperiyasına çevrilib. Çünki o, qlobal miqyasda öz mövqeyini qorumaq üçün Çin və digər ölkələr haqqında dezinformasiya yaymaqla məşğuldur”.

TodayPress xəbər verir ki, bu sözləri Çinin Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogang deyib. 

O, xatırladıb ki, ABŞ Soyuq Müharibə dövründə ictimai rəyi aktiv şəkildə manipulyasiya etməyə çalışıb və sonra hiylələrə əl atıb. Onun sözlərinə görə, Vaşinqton İraq və Suriyaya qarşı aqressiv müharibələr başlatmaq üçün “Ağ Dəbilqəlilər”in köməyindən istifadə edib. 

Qeyd edək ki, “Ağ Dəbilqəlilər” Suriyada yerləşən və müxalif qüvvələrin nəzarətində olan bölgələrdə fəaliyyət göstərən könüllü təşkilatdır. Qrup sırf humanitar işlərlə məşğul olduğunu iddia etsə də, onlar terror qruplar ilə əməkdaşlıqda ittiham olunurlar. 

Rəsmi nümayəndə, ABŞ-ni dünyanı yalanlarla aldatmağı və başqalarına böhtan atmağı dayandırmağa çağırıb.

Töhfə Səməd

tag: Çin, ABŞ, Müharibə,Vaşinqton, İraq, todaypress.az,