Çin ABŞ-yə qarşı sanksiyalar siyahısını genişləndirdi
Dünya
14.01.2025 21:31
Çinin Ticarət Nazirliyi Tayvana silah
satdığına görə ABŞ-nin yeddi şirkətini etibarsız müəssisələr siyahısına əlavə
edib.
TodayPress xəbər verir ki, bu barədə qurumun
bəyanatında deyilir.
“Çinin kəskin etirazına baxmayaraq, yeddi Amerika şirkəti
Tayvana silah satışında iştirak edib və belə desək, hərbi-texniki əməkdaşlığı
davam etdirib və bununla da Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf
maraqlarına ciddi ziyan vurub” nazirlikdən qeyd edilib.
Vurğulanıb ki, sanksiya siyahısına “Inter-Coastal
Electronics”, “System Studies & Simulation”, “IronMountain Solutions”,
“Applied Technologies Group”, “Axient”, “Anduril Industries” və “Maritime
Tactical Systems” şirkətləri daxil edilib.
tag: Amerika, Çin, ABŞ, Sanksiya, Tayvan, todaypress.az,