Çin ABŞ-yə güzəşt edəcək

Dünya

25.04.2025 10:48

5

Çin hökuməti ABŞ-dən idxal edilən bəzi mallara tətbiq olunan 125%-lik əlavə gömrük rüsumlarının dayandırılmasını nəzərdən keçirir. 

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Müzakirəyə çıxarılan güzəştlərə tibbi avadanlıqlar və etan kimi sənaye kimyəvi maddələri daxildir.

Eyni zamanda, təyyarələrə görə ödənilən icarə haqlarının da əlavə rüsumdan azad edilməsi məsələsi gündəmdədir.

Qeyd olunur ki, Çin aviaşirkətlərinin bir çoxu təyyarə parkının bir hissəsini icarəyə götürür və bu halda əlavə rüsumlar ciddi maliyyə yükünə çevrilə bilər.

Pekinin planlaşdırdığı bu istisnalar, aprel ayında ABŞ-nin Çin istehsalı olan bəzi elektronika məhsullarını 145%-lik rüsumdan azad etməsi ilə paralel addım kimi qiymətləndirilir. 

Qiymət Mahir

tag: Çin,ABŞ,Rüsum,Gömrük,todaypress.az,