Çin ABŞ-yə çağırış etdi

Dünya

18.09.2024 16:00

1727

“Çin ABŞ-ni orta mənzilli raketlərin Yaponiyada yerləşdirilməsi planlarından imtina etməyə çağırır”. 

TodayPress xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsian bildirib.

“Çin ABŞ-yə bu cür addımlar atmaqda əsl məqsədini aydın başa düşməyi tövsiyə edir” deyə diplomat bildirib.

Lin Tsian vurğulayıb ki, “silahlanma yarışı” regional gərginliyi ciddi şəkildə artırır, həmçinin qlobal strateji tarazlığı və sabitliyi pozur.

Töhfə Səməd

tag: Çin ,ABŞ, Xarici İşlər Nazirliyi ,Lin Tsian ,Sabitlik, todaypress.az,