Çin ABŞ və Avropaya dron hissələrinin ixracını məhdudlaşdırır
Dünya
10.12.2024 08:45
Çin istehsalçıları dronların yaradılması
üçün vacib hissələrin ABŞ və Avropaya satışını məhdudlaşdırmağa başlayıblar.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” adı
açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Çində pilotsuz uçuş aparatlarının mühərrikləri,
batareyaları və onların uçuş idarəetmə sistemləri istehsalçıları tədarük olunan
hissələrin sayını azaldıb və ya təchizatını tamamilə dayandırıblar.
Mənbələr qeyd ediblər ki, bu, pilotsuz təyyarələrin
hissələrinin ixracına dair daha geniş məhdudiyyətlərin müqəddiməsidir. Qərb
rəsmiləri onların gələn ildən qüvvəyə minəcəyini gözləyirlər.
Vurğulanıb ki, Çin tələb olunan lisenziyaları təsdiq
etməyi dayandıra bilər və istehsalçılardan hissələrin göndərilməsi planları
barədə hökumətə məlumat vermələrini tələb edəcək.
tag: Çin, ABŞ, Dron, Avropa, todaypress.az,