Çin ABŞ-nin ticarət tarifləri ilə bağlı hərəkətə keçdi

Dünya

04.02.2025 15:47

ABŞ-nin Çin mallarına 10% rüsum tətbiq etməsi səbəbindən Çin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin həlli mexanizmini işə salıb. 

TodayPress xəbər verir ki, bu barədə “Sinxua” agnetliyi məlumat yayıb. 

“Öz qanuni hüquq və maraqlarını qorumaq üçün Çin ÜTT-nin mübahisələrin həlli mexanizmini işə salıb. Birləşmiş Ştatlara ixrac edilən Çin məhsullarına rüsumların tətbiqi ÜTT qaydalarını ciddi şəkildə pozur, zərərlidir və birtərəflilik və ticarət proteksionizminin tipik təcrübəsidir” deyə departamentin bəyanatında deyilir. 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Çindən gələn mallara 10% rüsum tətbiq edən fərman imzalayıb.   

Qiymət Mahir

tag: Çin,ABŞ ,ÜST,Tramp,Todaypress.az,