Çin ABŞ-nin Rusiya ilə bağlı iddialarını rədd edir

Dünya

16.09.2024 14:48

Çin ABŞ və Böyük Britaniyanın Rusiyaya hərbi-sənaye kompleksini dəstəkləmək üçün yardım göstərilməsi ilə bağlı yalan məlumatların yayılmasının əleyhinədir.

TodayPress xəbər verir ki, bu barədə Çinin Böyük Britaniyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Biz Çinin Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyi iddiası ilə əlaqədar ölkələrin davamlı olaraq yalan məlumat yaymasının qəti əleyhinəyik” deyə bəyanatda bildirilib.

Səfirlik həmçinin Çinin Moskvaya silah ötürə biləcəyi ilə bağlı məlumatları da təkzib edib.

Töhfə Səməd

tag: Çin, ABŞ ,Böyük Britaniya ,Rusiya ,Moskva ,todaypress.az,