Çin ABŞ-nin nüvə planından narahatdır

Dünya

21.08.2024 12:24

“Birləşmiş Ştatlar Çindən nüvə təhlükəsi olması nəzəriyyəsini irəli sürərək öz silahlarını və strateji imkanlarını artırmağa çalışır”.

TodayPress xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyi jurnalistlərə açıqlayıb. 

XİN rəsmiləri bildiriblər ki, ABŞ strateji üstünlük əldə etmək üçün özünə bəhanələr axtarır.

XİN əlavə edib ki, ABŞ-nin özü beynəlxalq arenada strateji risk mənbəyidir. Çin tərəfi də Vaşinqtonu nüvə tərksilahı prinsiplərinə əməl etməyə və bu məsələ ilə bağlı öz öhdəliklərini yerinə yetirməyə çağırıb.

Töhfə Səməd

tag: Çin, ABŞ,Çin Xarici İşlər Nazirliyi ,Vaşinqton, Nüvə, todaypress.az,