Çin ABŞ-nin müdafiə şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi
Dünya
02.01.2025 15:24
Çin ABŞ-nin 28 müdafiə şirkətinə ikili təyinatlı malların tədarükünü qadağan edib və onlardan 10-nu Vaşinqtonun Tayvana silah satışına görə etibarsız təşkilatlar siyahısına salıb.
TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Ticarət məhdudiyyətlərinə məruz qalan şirkətlər arasında “General Dynamics”, “Boeing Defence”, “Space & Security”, “Lockheed Martin Corporation”, “Raytheon Missiles & Defence” şirkətlərinin adı çəkilir.
Materialda bildirilir ki, addım milli təhlükəsizliyin qorunmasına və beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə, o cümlədən nüvə silahının yayılmamasına yönəlib.
Günəş Mərd
tag: Çin ,ABŞ, Müdafiə, Şirkət, todaypress.az,