Çin ABŞ-ni xəbərdar etdi
Pekin Vaşinqtonu fentanil böhranına görə Çini günahlandırmaqdan çəkinməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan “RİA”ya açıqlamasında bildirib.
Diplomat qeyd edib ki, ABŞ-nin Çindən idxal olunan məhsullara tətbiq etdiyi 20 faizlik rüsumlar narkotiklərlə mübarizə bəhanəsi ilə əsaslandırılsa da, məsuliyyət tamamilə ABŞ-nin öz üzərinə düşür.
“Əgər Birləşmiş Ştatlar doğrudan da Çinlə əməkdaşlıq istəyirsə, ittiham dili ilə yox, bərabərlik, qarşılıqlı hörmət və fayda prinsipləri ilə dialoqa başlamalıdır” deyə Lin Tszyan bildirib.
Onun sözlərinə görə, ABŞ-nin birtərəfli qaydada tətbiq etdiyi tariflər Çin iqtisadi maraqlarına ciddi zərbə vurur.
Qiymət Mahir
tag: Pekin,Vaşinqton,Çin,ABŞ,Fentanil,todaypress.az,