Çin ABŞ neftinə tariflər tətbiq edəcək

Dünya

04.02.2025 11:40

Çin Xalq Respublikasının Dövlət Şurası 2025-ci il fevralın 10-dan Amerikanın enerji resurslarının idxalına rüsumlar tətbiq edəcək.  

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Dövlət Şurasının qərarına əsasən, neftə 10%, kömür və LNG 15% rüsum tətbiq ediləcək. 

Bundan əlavə, Amerikanın yığcam avtomobillərinə, pikap maşınlarına və kənd təsərrüfatı texnikasına 10% rüsum tətbiq olunacaq. 

Nicat Osman

tag: Çin,Tarif,LNG,Neft,Amerika,Todaypress.az,