Çin ABŞ ilə məsləhətləşmələri dayandırdı

Dünya

17.07.2024 12:35

Çin ABŞ ilə silahlara nəzarət və idxal-ixrac üzrə məsləhətləşmələri dayandırmaq qərarına gəlib.

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.

"Bir müddətdir ki, Birləşmiş Ştatlar Çinin güclü müqavimətinə və dəfələrlə aparılan danışıqlarına baxmayaraq, Tayvan administrasiyasına silah satmağa davam edib. Buna görə də, Çin ABŞ ilə (silahlara nəzarət və idxal-ixrac) məsləhətləşmələrini dayandırmaq qərarına gəlib" deyə o, əlavə edib.

Töhfə Səməd

tag: Çin, ABŞ, Silah, Nəzarət, İdxal, İxrac, todaypress.az,