Çin ABŞ-dən Tayvan ilə hərbi sövdələşməni dayandırmağı tələb etdi

Dünya

29.08.2024 12:27

1981

“ABŞ Tayvan ordusu ilə hərbi sövdələşməni dayandırmalıdır”.

TodayPress xəbər verir ki, bunu Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının (MHK) sədr müavini Çjan Yuxia deyib. 

“Tayvan məsələsi ölkəmiz üçün olduqca vacibdir. Çin tərəfi ABŞ-dən Tayvanla hərbi sövdələşməni dayandırmağı, onu silahlandırmaqdan və bununla bağlı yalan şayiələr yaymaqdan əl çəkməyi tələb edir” deyə o, əlavə edib. 

Çjan Yuxianin sözlərinə görə, Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin siyasi təməlidir və keçilməsi mümkün olmayan 1 nömrəli qırmızı xəttdir. O, həmçinin qeyd edib ki, Pekin həmişə Tayvan boğazında sülh və sabitliyin qorunmasına çalışıb.

Töhfə Səməd

tag: Çin, Tayvan, ABŞ, Çjan Yuxiani, Silah, todaypress.az,