Çin ABŞ-dən kosmosun hərbiləşdirilməsini dayandırmağı tələb etdi
Dünya
28.10.2024 16:00
Çin ABŞ-dən kosmosun hərbiləşdirilməsini dayandırmağı tələb edir.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jianın sözlərinə görə, Amerika tərəfi qlobal təhlükəsizliyi təhlükə altına alır.
Bundan əlavə, Pekin qeyd edib ki, Çin həmişə kosmosun hərbiləşdirilməsinə qarşı olub və ondan yalnız dinc məqsədlər üçün istifadə etməyi təklif edib.
“Biz Birləşmiş Ştatların məsuliyyətsiz ritorikasını, hərbi genişlənməsini və kosmosda müharibə hazırlığını dayandırmasını israr edirik” deyə XİN sözçüsü vurğulayıb.
Günəş Mərd
tag: Çin, ABŞ, Pekin, Kosmos,Hərbi, todaypress.az,