Çin 4 ABŞ şirkətinə məhdudiyyətlər qoydu
Dünya
15.01.2025 20:00
Çin Tayvana silah satdığına görə 4 Amerika şirkətini etibarsız qurumlar siyahısına salınıb.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, siyahıya “AEVEX Aerospace”, “Summit Technologies Inc”, “Pacific Rim Defence” və “LKD Aerospace” şirkətləri daxil edilib.
Xatırladaq ki, yanvarın əvvəlində Çin ABŞ-nin 30-a yaxın müdafiə şirkətinə ikili təyinatlı məhsulların ixracına qadağa qoyub, onlardan 10-u Pekin tərəfindən etibarsız hesab edilib.
Qeyd olunub ki, Çin hakimiyyətinin bu addımı ölkənin milli təhlükəsizliyini qorumaq məqsədi daşıyır, çünki müəssisələr Tayvana da silah satıb.
Günəş Mərd
tag: Çin ,Tayvan,Amerika,Şirkət,AEVEX Aerospace,todaypress.az,