Çin 13 Amerika şirkətinə sanksiya tətbiq etdi
Dünya
05.12.2024 12:40
Çin Tayvana silah tədarükünə görə Amerikanın 13 hərbi müəssisəsinə sanksiya tətbiq edib.
TodayPress yerli mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, ABŞ-nin Tayvana silah satması “bir Çin” prinsipinin, eləcə də üç Çin-Amerika birgə kommünikesinin kobud şəkildə pozulmasıdır. Diplomatlar bunu Çinin daxili işlərinə ciddi müdaxilə kimi qiymətləndirirlər.
Nəticədə 13 müəssisə və 6 rəhbər işçi Çinin sanksiya siyahısına salınıb.
Günəş Mərd
tag: ABŞ, Tayvan, Çin,Amerika, todaypress.az,