Çimərliyə gedənlərə zəhərli qurdlarla bağlı XƏBƏRDARLIQ

Dünya

28.08.2024 16:06

ABŞ-nin Texas ştatının çimərliklərində istirahət edənlərə sahillərdə peyda olan təhlükəli qurdlarla bağlı xəbərdarlıq edilib. 

TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.  

Hart Körfəzi Tədqiqat İnstitutunun tədqiqatçıları sahildə dəniz qırxayağı qurdlarını aşkar ediblər.  

Alimlər dəniz yırtıcılarının ağaca yapışmış molyuskalarla qidalandığını irəli sürüblər. 

Hart İnstitutunun nümayəndələri aşkar edilən qurdların son dərəcə zəhərli olduğunu bəyan ediblər. 

Qeyd olunub kmi, onların tüklərində onları yırtıcılardan qoruyan neyrotoksinlər var. Bu qurdlara toxunmaq saatlarla davam edə biləcək ağrıya səbəb ola bilər. 

Günəş Mərd

tag: Alimlər,Qurdlar, Yırtıcı, ABŞ ,Texas, todaypress.az,