Çili sahillərində 5,5 maqnitudalı zəlzələ oldu
Çili sahillərində 5,5 maqnitudada zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri təxminən 161 min əhalisi olan Kokimbo şəhərindən 61 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağının dərinliyi 10 kilometr olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
tag: Çili ,Sahil,Zəlzələ,Avropa-Aralıq dənizi,Seysmoloji Mərkəz,todaypress.az,