Cil Bayden ərinin kampaniyası üçün ianə yığacaq

Dünya

20.07.2024 10:21

1608

ABŞ prezidentinin həyat yoldaşı Cil Bayden ərinin seçki kampaniyası üçün Parisdə ianə toplayacaq. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. 

Məlumata görə, ABŞ-də seçki kampaniyalarına yalnız amerikalılar ianə verə bilər. Buna görə də, federal seçki qanununa uyğunluğu təmin etmək üçün ianə etmək istəyənlər pasportun surətini təqdim etməli olacaqlar. 

Qeyd olunur ki, ianələr Bayden kampaniyasının qeyri-müəyyənlik dövrü üçün yığılır.  

Günəş Mərd

tag: Bayden, ABŞ, Seçki, Kampaniya, Amerikalılar, todaypress.az,