"Çido" qasırğası Fransaya ciddi ziyan vurdu

Dünya

20.12.2024 13:37

"Çido" qasırğası Hind okeanındakı Mayotte bölgəsinə alt-üst edib. Hazırda Fransaya yüz milyonlarla dollar ziyan dəyib. 

TodayPress xəbər verir ki, “Le Parisien” qəzeti Fransanın Mərkəzi Təkrar Sığorta İdarəsinin (CCR) məlumatlarına istinadən pis hava şəraitinin qurbanlarına verilən kompensasiyanın məbləği barədə yazıb.

Fransız mütəxəssisləri tüğyan edən fəlakətdən dəyən ziyanı 650-800 milyon dollar olaraq qiymətləndiriblər. Bu məbləğ təbii fəlakət zamanı sığorta ilə təmin edilir. Bununla belə, təşkilat qeyd edir ki, fırtına zamanı Mayotte sakinlərinin yalnız 6 faizinin ev sığortası olub. Kompensasiyanın məbləği hələ ilkindir və yenidən hesablana bilər.

Dekabrın 14-də adı çəkilən bölgəni vuran "Çido" qasırğası son 90 ilin ən güclü siklonuna çevrilib. Pis hava şəraiti nəticəsində adada ictimai infrastruktur - xəstəxana, hava limanı və məktəblər faktiki olaraq məhv olub. Qeyri-daimi yaşayış binaları yerlə yeksan olub. Fransa hakimiyyəti Mayottada fövqəladə təbii fəlakət vəziyyəti elan edib. Hakimiyyət orqanları minlərlə qurbanın olduğunu istisna etmir.

Töhfə Səməd

tag: Çido, Qasırğa , Sığorta, Dollar ,todaypress.az,