"ChatGPT"nin yaradıcısı cinsi təcavüzdə ittiham olunur

Dünya

08.01.2025 14:20

Kiçik bacısı "ChatGPT"nin yaradıcısı Sem Altmanı cinsi qısnama ittihamı ilə məhkəməyə verib.   

TodayPress xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb. 

30 yaşlı Ann Altman Missuri ştatının federal məhkəməsinə müraciət edib.

İddiasında o, böyük qardaşının 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Missuri ştatında yaşadıqları müddətdə onu təhqir etdiyini və manipulyasiya etdiyini deyib.

Qadın zorakılığın onun 3 yaşında başladığını və ən son hadisənin Altmanın yetkin olduğu zaman baş verdiyini bildirib. 39 yaşlı Sem Altman artıq özü, anası və qardaşları adından bəyanat yayıb və bu iddiaları tamamilə yalan adlandırıb. 

Günəş Mərd

tag: ChatGPT,Sem Altman,Təcavüz ,İddia,Todaypress.az,