“Changliuhao” ilk reysini həyata keçirdi

Dünya

10.08.2024 15:00

Rusiya və Çinin hakimiyyət orqanları “Chanqluihao” turist və ekskursiya qatarını işə salıb.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Şenyandakı Baş Konsulluğu məlumat yayıb.

İlk reysin buraxılış mərasimi avqustun 8-də Çinin Şimal-şərqindəki Hunçun şəhərində baş tutub. Beynəlxalq sərnişin qatarının marşrutunun üç mərhələdə həyata keçirilməsi planlaşdırılır. İlk növbədə Çində Tumannaya çayı boyunca, daha sonra Hunçundan Vladivostoka, oradan isə Moskvaya.

Bundan əvvəl rusiyalı turistlərin Çinə səyahətə maraq göstərdiyi bildirilmişdi.

Töhfə Səməd

tag: Rusiya, Çin, Vladivostoka, Moskva, Səyahət, todaypress.az,