Cəzasının 40 faizini çəkən məhkumlar azadlığa buraxılacaq
Dünya
13.07.2024 06:25
Böyük Britaniyadakı həbsxanalarda
həddindən artıq sıxlığı aradan qaldırmaq üçün məhkumlar cəzalarının 40 faizini
çəkdikdən sonra azadlığa buraxılacaq.
TodayPress xəbər
verir ki, bu barədə ədliyyə naziri Şabana Mahmud deyib. O qeyd edib ki, indi hərəkətə
keçməmək ədalət sisteminin çökməsi, küçələrdə talan və iğtişaşlar da daxil
olmaqla asayişin tamamilə pozulması riski yaradır.
İngiltərə və Uelsdə ən ciddi
cinayətkarlardan başqa digər məhbuslar cəzalarının 50 faizini çəkdikdən sonra şərti
azadlığa buraxılırlar. Sentyabr ayından bu rəqəm 40 faizə endiriləcək. Proqram
çərçivəsində erkən buraxılan məhbuslar elektron qolbaqlarla və komendant saatı
kimi tədbirlərlə ciddi şəkildə izlənəcəklər. Onlar şərtləri pozduqları təqdirdə
həbsxanaya geri qaytarıla bilərlər.
Yeni proqramın tətbiqindən
sonra ilk bir neçə ayda təxminən 5500 məhbusun azadlığa çıxa bilər.
Dörd il və ya daha çox müddətə
azadlıqdan məhrum edilmiş, ağır cinayət törətmiş şəxslərə cəza müddətinin
azaldılması şamil edilməyəcək.
tag: todaypress.az, Keir Starmer, Böyük Britaniya, Həbsxana, Cəza müddəti,