Ceyhun Bayramov: Azərbaycan çətin günlərdə Türkiyəyə istənilən yardıma hazırdır
Dünya
22.01.2025 20:13
Azərbaycanın xarici işlər naziri Ceyhun
Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidana zəng vurub.
Bu barədə TodayPress-ə Azərbaycan Xarici
İşlər Nazirliyindən bildirilib.
C.Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək
kurortunda mehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığı
diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr,
yaralılara şəfa arzulayıb.
Azərbaycanın qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy
olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş
verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu
diqqətə çatdırılıb.
Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən
dəstəyə görə təşəkkür edib.
tag: XİN, Ceyhun Bayramov, Yanğın, Türkiyə, Hakan Fidan, todaypress.az,