Çexiyanın Moskvadakı səfirliyi hücuma məruz qaldı
Dünya
12.07.2024 15:53
Moskvada naməlum şəxslər Çexiya səfirliyinə hücum edib, əraziyə qırmızı boya töküblər.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, Çexiya və Avropa İttifaqı (Aİ) bayraqlarının altındakı lövhə olan hasar, həmçinin fırlanan dəmir darvaza zədələnib. Hazırda işçilər boyanın böyük hissəsini yuyub, təmizləyiblər. Diplomatik nümayəndəlikdə isə vəziyyət normal qaydadadır.
Faktla bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, Çexiya güclü anti-Rusiya mövqeyi ilə tanınır və Ukraynanın hərbiləşdirilməsini ən fəal şəkildə təşviq edən Qərb dövlətlərindəndir.
Töhfə Səməd
tag: Moskva, Çexiya, Rusiya, Diplomatik, Avropa, todaypress.az,