Çexiyanın dövlət borcu təxminən 10 milyard dollar artdı
Çexiyanın dövlət borcu bu ilin üç rübü
ərzində 223,1 milyard kron (təxminən 9,6 milyard dollar) artaraq 3,334 trilyon
kron (təxminən 143,4 milyard dollar) təşkil edib.
TodayPress xəbər verir ki, bu barədə “Blesk” portalı
ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyə görə, dövlət borcunun məbləği tarixdə ən yüksək
həddə çatıb. 10 milyonluq respublikanın vətəndaşlarının sayına nisbətdə hər
birinin nəzəri borcu 306 460 kron (təxminən 13,1 min dollar) təşkil edir.
Ekspertlər dövlət borcunun artımını əsasən yeni dövlət
istiqrazlarının emissiyası ilə əlaqələndirirlər. Maliyyə Nazirliyi onlardan
keçən ilin büdcə kəsirinin maliyyələşdirilməsi və ödəmə müddəti yaxınlaşan
istiqrazların yenidən maliyyələşdirilməsi üçün istifadə edir. Ötən üç rüb
ərzində dövlət borcunun respublikanın ÜDM-nə nisbəti 1,5 % artaraq 42,3 %-ə
çatıb.
tag: Çexiya, Maliyyə, Dövlət Borcu, ÜDM, todaypress.az,