Çexiyada silah anbarı partladı, çox sayda yaralı var

Dünya

17.06.2024 17:15

1120

Çexiyanın şərqindəki “Libava” hərbi poliqonundakı silah anbarında partlayış baş verib. Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan birinə hadisə yerində ilkin tibbi yardım göstərilib, digərləri isə helikopterlərlə xəstəxanaya çatdırılıb.

TodayPress xəbər verir ki, partlayış haqqında məlumatı daha əvvəl Çexiya ordusu “X” hesabında bildirib.

Hərbi poliqon Olomouts şəhərinin yaxınlığında yerləşir və 1949-cu ildən istifadə edilir. Onun sahəsi 235,5 kilometrdir.

tag: Çexiya, Olomouts, Həri poliqon, Silah anbarı, Dünya ,todaypress.az,