Çexiyada daşqınlardan dövlətə dəyən ziyan 1,2 milyard avro təşkil edə bilər

Dünya

16.10.2024 06:22

2218

Çexiyada sentyabr ayında baş verən daşqınların vurduğu ziyan dövlət şirkətləri və müəssisələri üçün 25-30 milyard kron (1-1,2 milyard avro) təşkil edə bilər.

 

TodayPress “CTK” agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın maliyyə naziri Zbınek Stanyura bildirib.


Daşqınlardan dəymiş zərərin dəqiq məbləği dekabrın 5-nə qədər Çexiya hakimiyyəti tərəfindən müəyyən ediləcək.

tag: Çexiya, Maliyyə, Stanyura, Daşqın, todaypress.az,